ETSN: Çirkab suları təmizlənmədən Oxçuçaya axıdılır

ETSN: Çirkab suları təmizlənmədən Oxçuçaya axıdılır

Hazırda oxunan: ETSN: Çirkab suları təmizlənmədən Oxçuçaya axıdılır

17146

"Bu ilin üç ayı ərzində aparılan monitorinqlərə görə, Oxçuçayda nikelin, dəmirin və mis-molibdenin normadan dəfələrlə artıq olması aşkarlanıb". 

Bizim.Media xəbər verir ki, bunu Zəngilanda jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev deyib. 

Onun sözlərinə görə, mənbəyini Zəngəzur dağ silsiləsindən götürən Oxçuçay Zəngilan rayonu ərazisindən keçərək Araz çayına qovuşur: 
 

MÖVZU İLƏ BAĞLI:

''Azərbaycanın su ehtiyatları azalır'' - ETSN


"Bu çayın mənbəyində yerləşən Kacaran mis-molibden saflaşdırma kombinatının tullantıları, eyni zamanda, məişət çirkab suları təmizlənmədən Oxçuçaya axıdılır. Bu da həmin çayda ağır metalların normadan artıq olmasına səbəb olur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən çaylarda aparılan montorinqlər göstərir ki, bu çayın çirklənməsi digər sərhəd çaylardan daha çoxdur. Yanvar, fevral, mart aylarında aparılan monitorinqlərə əsəasən, bu çaylarda nikkelin miqdarı 7 dəfə, dəmir 4 dəfə, mis-molibden isə 2 dəfə normadan artıqdır". 

ETSN rəsmisi bildirib ki, martın əvvəllərində Oxçuçayın vizual olaraq çox çirklənməsi qeydə alınıb: 
 

"Həmin günlərdə çay hövzəsində bioresusların, xüsusilə qiymətli növ olan farel balıqlarının kütləvi tələf olması aşkarlanıb. Hazırda çayın çirklənməsi davam edir. Qacaran və Qafan yataqlarının istehsal gücünün artırılması çayın dəfələrlə çirklənməsinə səbəb olub".


"Belə transsərhəd çirklənmə hövzənin çirklənməsinə gətirib çıxarır ki, bu da çayın bioresusları və ekosisteminə ciddi təhdid yaradır". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO