Millət vəkilləri tətilə ÇIXDILAR

Millət vəkilləri tətilə ÇIXDILAR

Hazırda oxunan: Millət vəkilləri tətilə ÇIXDILAR

171402

Milli Məclisin payız sessiyası çərçivəsində sonuncu iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, spiker Sahibə Qafarova Milli Məclisin payız sessiyasında görülən işlər barədə məlumat verib.

Onun sözlərinə görə, payız sessiyası dövründə parlamentin 39 plenar iclası keçirilib: "2023-cü ildə 268 qanun və 27 qərar qəbul olunub".

Sonra spiker Milli Məclisin payız sessiyasını bağlı elan edib. Bununla da Milli Məclisin payız sessiyası işini yekunlaşdırıb.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.

Tətil dövründə deputatlar məzuniyyətdə sayılır. 

Azərbaycan Respublikası Konstitusiyasına əsasən, Milli Məclis hər il yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır, mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır, dekabrın 30-dək davam edir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO