“Əsas regional güclər çoxdan İrəvana izah etməyə çalışırlar ki, Qərb ölkələrinin bölgəyə müdaxiləsinə dözməyəcəklər. Məhz buna görə də “3+3” formatı razılaşdırılıb. Təbii ki, bu platforma Ankara tərəfindən irəli sürülüb. Lakin yeni format Moskva və İran üçün tamamilə faydalıdır və ona görə də hər ikisi dərhal bu prosesə qoşuldular”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistan mətbuatına müsahibəsində politoloq Argişti Kiviryan deyib.
“Hazırda yalnız Gürcüstan müqavimət göstərir və bu, Rusiya ilə münasibətlərlə bağlıdır. Lakin Gürcüstan, Nikol Paşinyanın etməyə çalışdığı kimi, Rusiya, İran və Türkiyəyə, belə demək mümkünsə, əcnəbi “əmi”ləri regiona gətirmir.
Regional güclər Paşinyana başa salmağa çalışırlar ki, “biz erməni xalqının düşməni deyilik, regiondan kənar qüvvələrin bölgəyə gətirilməsinə ehtiyac yoxdur, bu oyunu oynamayın. Siz bu ölkələrin daha böyük məqsədləri üçün çox kiçik bir detalsınız”.
Məsələn, İran da Rusiya kimi Qərbin hədəfindədir.
Bəzi erməni politoloqlar hesab edirlər ki, Ermənistan NATO-ya üzv ola bilər və onun yeganə düşməni Rusiya olacaq. Lakin onlar nəzərə almırlar ki, Ermənistan İranın bir nömrəli düşməni olacaq. İran NATO bölmələrinin Ermənistanda olmaması üçün hər şeyi edəcək. İran regionda xarici oyunçulara ehtiyac olmadığı fikrində qətidir. Bunu nəinki İranın xarici işlər naziri, hətta bir çox yüksək vəzifəli məmurlar da açıq deyirlər.
İran çox gözəl başa düşür ki, Aİ müşahidəçiləri Azərbaycana qarşı deyil, İranın Ermənistan ərazisinə daxil olmasına nəzarət etmək və qarşısını almaq məqsədi daşıyır. İran da anlayır ki, bu iki yüz nəfər kəşfiyyatçı İranın irəliləməsinə mane olmağa çalışırlar. Və əgər Rusiya bu regionda zəifləsə, İran bu müşahidəçilərin ona qarşı alət olduğunu anlayaraq, Aİ misiyasını regiondan çıxarmaq üçün fəaliyyətə başlayacaq”, - politoloq bildirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:52 / 30.12.2023
Erməni politoloq: “Paşinyanın siyasəti İranı Ermənistanla düşmən edəcək”
Hazırda oxunan: Erməni politoloq: “Paşinyanın siyasəti İranı Ermənistanla düşmən edəcək”
Hazırda oxunan: Erməni politoloq: “Paşinyanın siyasəti İranı Ermənistanla düşmən edəcək”
171387
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.