Yeni il hədiyyə qutuları ilə bağlı monitorinqlər keçirilir - FOTO

Yeni il hədiyyə qutuları ilə bağlı monitorinqlər keçirilir - FOTO

Hazırda oxunan: Yeni il hədiyyə qutuları ilə bağlı monitorinqlər keçirilir - FOTO

171358

İstehlak bazarına nəzarət və bayram günlərində əhalinin təhlükəsiz qida məhsulları ilə təmin olunması məqsədilə ölkədə fəaliyyət göstərən bir çox ticarət şəbəkəsində satışı həyata keçirilən Yeni il hədiyyə qutuları ilə bağlı monitorinq aparılıb.

Bu barədə Bizim.Media-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumata görə, monitorinqlər çərçivəsində bu vaxtadək 299 sahibkarlıq subyektində 4220 məhsula baxış keçirilib.

Yoxlamalar zamanı müəyyən olunan uyğunsuzluqlar əsasən məhsulları qablaşdıran müəssisələrin qida təhlükəsizliyi qeydiyyatından keçməməsi, qutuların üzərində qablaşma, məhsulun üzərində son istifadə tarixi barədə məlumatların yazılmaması, markalanmanın olmaması və yaxud düzgün aparılmaması və digər hallarla bağlı olub.

Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar Agentliyin Bakı regional bölməsi tərəfindən 17 sahibkarlıq subyektindən 403, Qazax-Tovuz regional bölməsi tərəfindən 14 sahibkarlıq subyektindən 789, Dağlıq-Şirvan regional bölməsi tərəfindən 13 sahibkarlıq subyektindən 654, Mil-Muğan regional bölməsi tərəfindən 10 sahibkarlıq subyektindən 158, Mərkəzi Aran regional bölməsi tərəfindən 4 sahibkarlıq subyektindən 62, Qarabağ regional bölməsi tərəfindən 7 sahibkarlıq subyektindən 43, Gəncə-Daşkəsən regional bölməsi tərəfindən 3 sahibkarlıq subyektində 140, Şəki-Zaqatala regional bölməsi tərəfindən 1 sahibkarlıq subyektində 60, Şirvan-Salyan regional bölməsi tərəfindən 3 sahibkarlıq subyektində 171, Quba-Xaçmaz regional bölməsi tərəfindən 2 sahibkarlıq subyektində 45, Abşeron-Xızı regional bölməsi tərəfindən 4 sahibkarlıq subyektində 85 qutu məhsul satışdan kənarlaşdırılıb.

Hazırda Yeni il hədiyyə qutuları ilə bağlı monitorinqlər davam etdirilir.

AQTA bir daha vətəndaşları ticarət şəbəkələrindən Yeni il hədiyyə qutuları alarkən diqqətli olmağa çağırır. Eyni zamanda hədiyyə qutularındakı qida məhsullarının tərkibi, yararlılıq müddəti, saxlanma şəraiti və digər hallarla bağlı şübhələri yarandığı təqdirdə, bu barədə Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş edilir.




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO