UNEC ilə

UNEC ilə "Naxçıvan" Universiteti arasında tələbə mübadiləsinə start verilib - FOTO

Hazırda oxunan: UNEC ilə "Naxçıvan" Universiteti arasında tələbə mübadiləsinə start verilib - FOTO

171336

“Naxçıvan” Universitetinin rektoru dosent Anar Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də olub.

Universitetdən Bizim.Media-ya verilən xəbərə görə, rektor professor Ədalət Muradovun iştirakı ilə keçirilən görüşdə universitetlər arasında bu ilin aprel ayında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində görülən işlər müzakirə olunub.

“Naxçıvan” Universitetinin müəllim və tələbə heyətinin UNEC-in e-kitabxanasından istifadəsinin təmin olunduğu, “E-Views əsaslı Ekonometrika” fənni üzrə təlim proqramında “Naxçıvan” Universitetinin 5 əməkdaşının uğurla iştirak etdiyi bildirilib. Yaz semestindən isə tələbə mübadiləsinə start veriləcəyi qeyd olunub.

Rektor dos.Anar Kazımov UNEC-in beynəlxalq reytinqlərdə dünya universitetləri ilə bır sırada dayanmasından qürur duyduğunu ifadə edərək, bu ali təhsil ocağının təcrübəsinin “Naxçıvan” Universitetinə böyük töhfələr qazandıracağından əminliyini bildirib.
Müzakirələrdən sonra rektorlar arasında tələbə mübadiləsinə dair razılaşma protokolu imzalanıb.



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO