Musiqi məktəbinin direktorunun qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Musiqi məktəbinin direktorunun qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Hazırda oxunan: Musiqi məktəbinin direktorunun qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib

171333

Naftalan şəhər uşaq musiqi məktəbinin direktoru Almaz Əliyevanın qanunsuz hərəkətləri ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı başa çatıb.

Goranboy Rayon Prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, toplanılmış sübutlarla Almaz Əliyevanın həmin vəzifədə işlədiyi dövrdə qulluq mövqeyindən istifadə edərək məktəbin ayrı-ayrı müəllimlərinə əsassız əməkhaqqı hesablanıb ödənilməsinə nail olmaqla xeyli miqdarda büdcə vəsaitini israf etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Almaz Əliyevaya Cinayət Məcəlləsinin 179.2.3-cü və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla israf etmə) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Naftalan şəhər məhkəməsinə göndərilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO