BİZİM TƏQVİM: 30 dekabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 30 dekabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 30 dekabrda baş vermiş tarixi hadisələr

171315

30 dekabr 1989-cu ildə Gəncənin adı XX əsrdə ikinci dəfə özünə qaytarılıb.

Bəs, 30 dekabrda daha hansı hadisələr baş verib?

1. 533-cü ilin 30 dekabrında Roma İmperiyasında “Yustinian qanunları” qüvvəyə minib.

2. 30 dekabr 1898-ci ildə Türkiyədə Gülhanə Hərbi Tibb Məktəbi açılıb.

3. Yeni yaranmış SSRİ-nin I Sovetlər qurultayı 1922-ci ilin 30 dekabrında keçirilib.

4. 1922-ci il məhz bu günü Nəriman Nərimanov SSRİ Mərkəzi İcraiyyə Komitəsinin 4 sədrindən biri seçilib.

5. 30 dekabr 1972-ci il tarixdə ABŞ prezidenti Riçard Nikson Amerikanın Vyetnamı bombardıman etməsinin dayandırılması barədə göstəriş verib.

6. 1999-cu ilin bu günündə Türkiyənin Apelyasiya Məhkəməsi edam cəzasına məhkum edilmiş Abdullah Öcalanın şikayətini rədd edib.

Bəs, bu gün kimlər xatırlanır?

1. 30 dekabr 1926-ci ildə Azərbaycanlı xanəndə, muğam ustası, Xalq artisti Əbülfət Əliyev anadan olub (1926-1990). Ə.Əliyev Azərbaycan Dövlət Filarmoniyasının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub. 

2. 1937-ci ilin 30 dekabrında azərbaycanlı musiqiçi Rauf Babayev anadan olub.

3. 1946-cı ilin bu günündə alman futbolçusu və məşqçisi Berti Foqts dünyaya gəlib. 2008-ci ildə Azərbaycan millisinə baş məşqçi təyin edilib. 2014-cü ilin sonunda ardıcıl uğursuz nəticələrdən sonra Foqts Azərbaycan milli komandasından göndərilib. Hal-hazırda işsizdir.

4. 30 dekabr 1962-ci ildə Türkiyəli müğənni Seda Sayan dünyaya göz açıb.

5. 1920-ci ilin 30 dekabrında AXC-nin ən fəal üzvlərindən biri general-mayor Həbib bəy Səlimov dünyasını dəyişib.

6. 30 dekabr 2006-cı ildə İraqın keçmiş prezidenti Səddam Hüseyn edam olunub.

7. Tanınmış Azərbaycan musiqiçisi Çingiz Sadıqov 2017-ci ilin bu günü dünyasını dəyişib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO