Bayram günlərində gözlənilən hava şəraiti AÇIQLANDI

Bayram günlərində gözlənilən hava şəraiti AÇIQLANDI

Hazırda oxunan: Bayram günlərində gözlənilən hava şəraiti AÇIQLANDI

171312

Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, dekabrın 31-də Bakıda və Abşeron yarımadasında havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub küləyi üstünlük təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında yanvarın 1-də gecə və səhər arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturu gecə 5-9, gündüz 11-16 dərəcə isti olacaq.

Qarabağ və Şərqi Zəngəzurda 31 dekabrda havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə, bəzi yerlərdə 16 dərəcə isti olacaq.
Balakən-Şəki bölgəsində dekabrın 31-də havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi gündüz arabir 15-18 m/s. olacaq. Havanın temperaturu gecə 0-5, gündüz 11-16 isti olacaq. Dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacaq.

Lənkəran-Astara bölgəsində dekabrın 31-də havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu 3-8, gündüz 11-16 dərəcə isti olacaq. Dağlarda gecə 0-3, gündüz 6-11 dərəcə isti olacaq.

Mərkəzi Aran bölgəsində 31 dekabrda havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 13-18 dərəcə isti olacaq.

Qazax-Gəncə bölgəsində 31 dekabrda havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi gündüz arabir 15-18 m/s olacaq. Havanın temperaturu gecə 1-6 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacaq.
Naxçıvan Muxtar Respublikasında 31 dekabrda havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO