Müəllimlərə yeni vəzifələr veriləcək - Nazir AÇIQLADI

Müəllimlərə yeni vəzifələr veriləcək - Nazir AÇIQLADI

Hazırda oxunan: Müəllimlərə yeni vəzifələr veriləcək - Nazir AÇIQLADI

171258

“2024-cü ildə riyaziyyat və xarici dil fənləri üzrə sertifikatlaşdırma imtahanı olacaq. Bu il sertifikatlaşdırma imtahanından kəsilənlər 2024-cü ildə yenidən imtahan vermək şansı qazanıblar”.

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “AzTV”də yayımlanan “Əsas Məsələ” verilişində çıxışı zamanı bildirib.

“2026-cı ilə qədər respublikada 137 minə yaxın müəllimin sertifikasiyadan keçməsini planlaşdırırıq ”, - deyə nazir vurğulayıb.

Nazir əlavə edib ki, məktəb direktorları yuxarı bal toplamış müəllimlər arasından seçiləcəklər:

“Bu proses tədricən həyata keçiriləcək. İkinci istiqamət müəllimlərə dəstək vasitəsilə metodik xidmətin qurulmasıdır. Yuxarı bal toplamış müəllimlərimizin növbəti mərhələdə baş müəllim, mentor, metodist, ekspert və ya başqa adlarla karyeralarının inkişaf etdirilməsi hədəfimizdir. Hələlik bu adlar müzakirə edilir.
Çünki fərqləndirilmə olduqca önəmlidir. Əsas məsələlərdən biri də müəllimlərin yarımştatdan tam vəzifəyə keçirilməsidir. Prosesi səbirlə və mərhələli yerinə yetirsək, növbəti üç il ərzində müəllimlərin hazırlıq səviyyəsi, əməkhaqları daha da yaxşılaşacaq”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO