Azərbaycan dilli Vikipediya bir pillə irəlilədi

Azərbaycan dilli Vikipediya bir pillə irəlilədi

Hazırda oxunan: Azərbaycan dilli Vikipediya bir pillə irəlilədi

171253
Vikipediya virtual ensiklopediyasının Azərbaycan dilində olan bölməsində hal-hazırda 115.214 məqalə var. 2014-cü il mart ayının 25-də Azərbaycan dilində Vikipediyada məqalələrin sayı “100000”x9d-i keçmiş və beləliklə bu layihə Vikipediyanın “10 000+”x9d bölməsindən “100 000+”x9d bölməsinə adlamışdır.
Son illərdə bu virtual ensiklopediyada ana dilimizdə olan məqalələrin yaradılmasında böyük fəallıq müşahidə olunur. Bu aktivliyin yaranmasında azərbaycanlı idarəçilərin, eyni zamanda Vikipediyanın könüllü istifadəçilərinin fəaliyyətinin mühüm rolu vardır. Məhz bunun nəticəsidir ki, hal-hazırda vikipediya məqalələrinin yaradılması ilə bağlı reytinq cədvəlində Vikipediyanın Azərbaycan dilində olan bölməsi 2017-ci il mart ayının 1-də 56-cı pilləyə çatmışdır. Qeyd edək ki, hal-hazırda vikipediya virtual ensiklopediyası 295 dildə fəaliyyət göstərir. Bu göstəriciyə görə, Azərbaycanca vikipediya, taylandca vikipediyanı bir pillə üstələyib.
AMEA Mərkəzi Elmi Kitabxanasının Sərbəst Elektron Resuslarla iş şöbəsinin əməkdaşları da Vikipediya elektron ensiklopediyasının Azərbaycanda kütləviləşdirilməsi istiqamətində işlərinə davam etməkdədir. Mərkəzdə Vikipediya ilə bağlı öyrədici seminarlar, görüşlər və tədbirlər müntəzəm formada təşkil edilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO