Azad edilən ərazilərdə 100-dən artıq məktəb tikiləcək - Emin Əmrullayev

Azad edilən ərazilərdə 100-dən artıq məktəb tikiləcək - Emin Əmrullayev

Hazırda oxunan: Azad edilən ərazilərdə 100-dən artıq məktəb tikiləcək - Emin Əmrullayev

171248

2026-cı ilə qədər işğaldan azad edilən ərazilərdə 100-dən artıq yeni məktəb tikintisi planlaşdırılır.

Bizim.Media xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev AZTV-yə müsahibəsində deyib.

Nazir qeyd edib ki, işğal dövründə məcburi köçkün məktəbi statusu var idi. Bu özü özlüyündə qeyri-adi status idi.

"Azərbaycan məcburi köçkünlər qalmadığı kimi məcburi köçkün məktəbləridə qalmasın. Böyük Qayıdış Proqramı çərçivəsində məktəblər, müəllim heyəti öz yurdlarına qayıdır. İnanırıq ki, həmin məktəblər Azərbaycan təhsili üçün keyfiyyətli təhsil xidməti göstərən məkana çevriləcək.
Öz yurdlarına qayıdan insanlar arasında müəllimlər olur. İlk növbədə həmin şəxslərin yaşayış yerlərinə görə məktəblərə cəlb edirik",- deyə E.Əmrullayev bildirib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO