Naxçıvanda yeni Avtomat Telefon Stansiyası istifadəyə verilib

Naxçıvanda yeni Avtomat Telefon Stansiyası istifadəyə verilib

Hazırda oxunan: Naxçıvanda yeni Avtomat Telefon Stansiyası istifadəyə verilib

171229

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Naxçıvan şəhərinin Azərbaycan məhəlləsi Əliqulu Qəmküsar küçəsi-1 ünvanında bütün telekommunikasiya xidmətlərinin əhaliyə çatdırılması imkanlarına malik yeni nəsil Avtomat Telefon Stansiyası quraşdırılıb. Yeni istifadəyə verilən avadanlıq vasitəsilə 600-ə yaxın evin rabitə xidmətlərilə təmin olunması nəzərdə tutulub.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, abonentlərin keyfiyyətli telekommunikasiya xidmətlərindən istifadə etmələri məqsədilə Avtomat Telefon Stansiyasının yerləşdiyi ərazidə rabitə infrastrukturu tamamilə yenilənib, yüksəksürətli və müxtəlif tutumlu fiber-optik xətlərlə əvəzlənib. Həmçinin yeni quraşdırılan Avtomat Telefon Stansiyasının ətrafının təhlükəsizlik məqsədilə çəpərlənməsi nəzərdə tutulub.

Yeni nəsil avadanlıq abonentlərin yüksək sürətli internet və rabitə xidmətlərindən istifadə etmələrinə şərait yaradacaq.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən əhalinin rabitə xidmətlərinə olan tələbatının ödənilməsi, o cümlədən telekommunikasiya şəbəkələrindən dayanıqlı, təhlükəsiz və keyfiyyətli istifadə etmələri üçün yeni nəsil avadanlıqlar quraşdırılır, avtomat telefon stansiyalarında internet tutumları tələbata uyğun olaraq artırılır, həmçinin bir sıra yerlərdə aztutumlu avtomat telefon stansiyaları yüksək montaj tutumuna malik yeni nəsil avtomat telefon stansiyaları ilə əvəz olunur.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO