Sahil Babayev: “Bir milyondan çox vətəndaşa məşğulluq sahəsində xidmət göstərilib”

Sahil Babayev: “Bir milyondan çox vətəndaşa məşğulluq sahəsində xidmət göstərilib”

Hazırda oxunan: Sahil Babayev: “Bir milyondan çox vətəndaşa məşğulluq sahəsində xidmət göstərilib”

171214

“Son beş ildə 1 milyon 100 mindən çox vətəndaşa məşğulluq sahəsində xidmət göstərilib, dəstək verilib”.

Bizim.Media xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sahibkarlara "Dayaq" mükafatının təqdim olunması mərasimində deyib.

Nazir bildirib ki, onların 478 min nəfəri münasib işlə təmin olunub, 76 min ailə üçün özünüməşğulluq proqramları yaradılıb:

“Bu proqramlar çərçivəsində onlar mikro və kiçik biznes qurmaq üçün imkanları təmin olunub. 598 min nəfərə peşəyönümlü xidmət, 22 min nəfərin peşə hazırlığı təmin edilib, 131 min nəfər ödənişli ictimai işlərə cəlb olunub. 

Eyni zamanda, nisbətən yeni proqram olan, təqribən 3 min nəfəri əhatə edən əməkhaqqının birgə maliyyələşməsi proqramına başlamışıq”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO