Dekabrın 28-də Audiovizual Şuranın onlayn formatda iclası keçirilib.
Şuradan Bizim.Media-ya verilən məlumata görə, iclasda Audiovizual Şuraya dekabrın 26-da "APA TV" kanalından daxil olmuş ərizə və həmin ərizə əsasında aparılmış monitorinq zamanı "Space TV" kanalının efirində aşkarlanmış qanun pozuntusu faktı müzakirə olunub.
Bildirilib ki, 2023-cü il dekabrın 11-də “APA TV”nin efirində yayımlanmış “Ekstra müsahibə” proqramından videogörüntülər dekabrın 25-də saat 22:09-da “Space Müstəqil Televiziya və Radio Şirkəti” MMC-nin “Space TV” televiziya redaksiyasının efirində “Gül kimi Şou” proqramında müəllifə istinad edilməyərək yayımlanıb.
Bununla da “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 13.2-ci maddəsinin tələbi (abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdəbirindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər) pozulub.
Aparılan müzakirələrdən sonra Audiovizual Şura “Space Müstəqil Televiziya və Radio Şirkəti” MMC-yə bir daha belə halın təkrarlanacağı təqdirdə, inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib.
Eyni zamanda, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən “APAMARK” MMC-nin bu halla əlaqədar məhkəmə qaydasında öz hüquqlarının müdafiə etmək səlahiyyəti də vardır.
Azərbaycan Respublikası Audiovizual Şurası bütün yayımçılardan bir-birinin müəllif hüquqlarına hörmət etməyə, digər yayımçıların proqramlarını (və ya onların hissələrini) yayımlayarkən mütləq şəkildə onlara istinad verilməsini təmin etməyə çağırır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:41 / 28.12.2023
Audiovizual Şura “Space TV”yə XƏBƏRDARLIQ EDİB
Hazırda oxunan: Audiovizual Şura “Space TV”yə XƏBƏRDARLIQ EDİB
Hazırda oxunan: Audiovizual Şura “Space TV”yə XƏBƏRDARLIQ EDİB
171210
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.