Qarabağ və Şərqi Zəngəzurda işləmək istəyənlərin NƏZƏRİNƏ: 300-dən artıq vakansiya... 

Qarabağ və Şərqi Zəngəzurda işləmək istəyənlərin NƏZƏRİNƏ: 300-dən artıq vakansiya... 

Hazırda oxunan: Qarabağ və Şərqi Zəngəzurda işləmək istəyənlərin NƏZƏRİNƏ: 300-dən artıq vakansiya... 

171177

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin vakansiya bankında hazırda işğaldan azad edilmiş ərazilər üzrə 300-dən artıq vakant iş yeri var. 

Bu barədə Bizim.Media-ya nazirlikdən məlumat verilib. 

“Böyük Qayıdış” Proqramı çərçivəsində bu ərazilərdə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərinin davam etdirilməsi, habelə keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı nəticəsində iqtisadi aktivlik yeni vakansiyaların formalaşması və tələb olunan peşələrin sayının artması ilə nəticələnir. 

Mövcud vakansiyalar, əsasən, tikinti, kənd təsərrüfatı və xidmət sahələrini əhatə edir. 
Vakansiyalara müraciət etmək istəyən işğaldan azad olunmuş ərazilərdə məskunlaşmış və ya məskunlaşması nəzərdə tutulan keçmiş məcburi köçkünlər ərazi üzə regional məşğulluq filiallarına və ya DOST mərkəzlərinə yaxınlaşa bilər. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO