Növbəti köç karvanı: Daha 25 ailə Laçına qayıtdı – FOTO  

Növbəti köç karvanı: Daha 25 ailə Laçına qayıtdı – FOTO  

Hazırda oxunan: Növbəti köç karvanı: Daha 25 ailə Laçına qayıtdı – FOTO  

171174

Dekabrın 28-də Böyük Qayıdış proqramı çərçivəsində Laçına növbəti köç prosessi gerçəkləşib. Səhər saatlarında paytaxtın Qaradağ rayonundan yola salınan ailələr doğma yurdlarına çatıb. 

Bizim.Media xəbər verir ki, Laçın şəhəri bu dəfə 25 ailəyə qucaq açıb və daha 80 nəfərin yurd həsrəti bitib. 


Keçmiş məcburi köçkünlər şəhərdə Seyrəngah adlı ərazidə böyük coşqu ilə qarşılanıblar və Laçın şəhərinin gözəl mənzərəsini seyr ediblər. 

Daha da gözəlləşən və abadlaşan Laçına qovuşan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər. 
Bununla da Laçın şəhərində 408 ailə, yəni 1555 nəfərin daimi məskunlaşması təmin edilib. 

Qeyd edək ki, köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO