Yalçın Adıgözəlova YENİ VƏZİFƏ verildi

Yalçın Adıgözəlova YENİ VƏZİFƏ verildi

Hazırda oxunan: Yalçın Adıgözəlova YENİ VƏZİFƏ verildi

171136

Heydər Əliyev Sarayının tabeliyində fəaliyyət göstərən Niyazi adına Dövlət Simfonik Orkestrinin bədii rəhbər-baş dirijoru vəzifəsinə təyinat olub.

Bizim.Media xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, tanınmış dirijor, Xalq artisti Yalçın Adıgözəlov həmin vəzifəyə təyin edilib.

Qeyd edək ki, Y.Adıgözəlov 4 noyabr 1959-cu ildə Bakı şəhərində görkəmli bəstəkar, Xalq artisti Vasif Adıgözəlovun ailəsində anadan olub.

1982-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) piano ixtisası üzrə (professor R.Atakişiyevin sinfi) bitirib. 1984–1989-cu illərdə N.A.Rimski-Korsakov adına Leninqrad (Sankt-Peterburq) Konservatoriyasında professor İlya Musinin sinfində opera və simfonik orkestr dirijorluğu ixtisası üzrə təhsil alıb. 1990-1992 illərdə Vyana Musiqi Akademiyasınln aspiranturasın bitirib.
1989-cu ildən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, 1991 – 1998-ci illərdə bədii rəhbər və baş dirijoru vəzifəsində çalışıb. 2000-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijorudur. O, eyni zamanda uzun illərdir Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur. Dirijorluq kafedrasının professorudur.

Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə 2007 -ci ildə “Əməkdar incəsənət xadimi” , 2012-ci ildə “Xalq artisti” fəxri adına və 2019-cu ildə “Şöhrət” ordeninə layiq görülüb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO