“Zibil pulu”nun yığılması qanunidirmi? – HÜQUQİ İZAH 

“Zibil pulu”nun yığılması qanunidirmi? – HÜQUQİ İZAH 

Hazırda oxunan: “Zibil pulu”nun yığılması qanunidirmi? – HÜQUQİ İZAH 

171131

Hazırda demək olar ki, bütün mənzil sahiblərindən “zibil pulu” adı ilə vəsait yığılır. Maraqlıdır ki, “zibil pulu” yerinə və binaların təyinatına görə dəyişir. Halbuki, məişət tullantılarının yığılması, daşınması Tarif Şurasının 24 noyabr 2011-ci il, 5 nömrəli qərarı ilə tənzimlənir.

Belə ki, Məişət tullantılarının yığılması və daşınmasını edən şirkətlə və ya bu xidməti göstərən subyektlərlə vətəndaşlar arasında xidmətlərin göstərilməsinə dair müqavilə bağlanılmalıdır.

Həmin qərarın 2-ci bəndində də qeyd edilib ki, mülki qanunvericiliyə uyğun olaraq xidmət göstərən subyektlərlə istehlakçılar arasında xidmətlərin müqavilə əsasında həyata keçirilməsi təmin edilsin.

Bərk məişət tullantılarının yığılması, daşınması ilə bağlı müqavilə bağlanılmayıbsa, vətəndaşlardan zibil pulunun tələb edilməsi qanunsuzdur. Tərəflər arasında müqavilə olsa belə, nağd şəkildə həmin ödənişin tələb edilməsi də qanunsuzdur.

Bəs, müqavilə əsasında məişət tullantılarının yığılması üçün pul yığmaq qanunidirmi?

Suala hüquqşünas Rahim Abıyev aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə Tarif Şurasının 24 noyabr 2011-ci il, 5 nömrəli qərarının 1-ci maddəsinə əsasən bərk məişət tullantılarının yığılması və daşınması 1 nəfərə görə 30 qəpikdir:

“Tarif Şurasının 24 noyabr 2011-ci il, 5 nömrəli qərarına əsasən bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətləri vahid tariflə tənzimlənir. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında qanuna əsasən dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin mülkiyyətçiləri ilə ancaq müqavilə əsasında bu mənzillərə xidmət göstərə bilərlər.

Mülki Məcəlləyə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr, başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər də keçərlidir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO