Sumqayıtda 4 aylıq körpə “şurup”u necə UDUB? – ÖZƏL TƏFƏRRÜAT 

Sumqayıtda 4 aylıq körpə “şurup”u necə UDUB? – ÖZƏL TƏFƏRRÜAT 

Hazırda oxunan: Sumqayıtda 4 aylıq körpə “şurup”u necə UDUB? – ÖZƏL TƏFƏRRÜAT 

171113

Xəbər verdiyimiz kimi, Sumqayıtda 4 aylıq körpənin mədəsində yad cisim tapılıb. 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasında əməliyyat olunan körpənin həyatı xilas olunub. 

4 aylıq uşağın, əsasən, mebellərin düzəldilməsində istifadə olunan “şurup”u necə udması hamını təəccübləndirib. 

Bizim.Media-nın etibarlı mənbədən əldə etdiyi məlumata görə, körpəyə yad cismi evdəki digər uşaq verib:

"Onlar ailədə iki uşaqdırlar, biri 4 aylıq, digəri isə 1 yaş 3 aylıqdır. Kiçik qardaşı ağlayanda digər uşaq şurupu ağzına qoyub. Valideynin heç bir günahı yoxdur, yaş yarımlıq uşağı da günahlandıra bilmərik. Valideyn də həmin an, görən kimi uşağı öz avtomobili ilə təcili yardım şöbəsinə gətirib. Bir saat ərzində körpə əməliyyat olunaraq yad cisim götürülüb. Əgər bir saat gecikmə olsaydı, daxili qanaxma ilə ölüm halı ola bilərdi. Əməliyyat bütün hüquqi və tibbi qaydalara uyğun həyata keçirilib”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO