Həmkəndlisini odlu silahla öldürən şəxsin cinayət işi YEKUNLAŞDI

Həmkəndlisini odlu silahla öldürən şəxsin cinayət işi YEKUNLAŞDI

Hazırda oxunan: Həmkəndlisini odlu silahla öldürən şəxsin cinayət işi YEKUNLAŞDI

171028

Sentyabrın 14-də Oğuz rayonu, Mollalı kənd sakini Toğrul Kərimovun qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Oğuz rayon prokurorluğu yayıb.

İstintaqla 1992-ci il təvəllüdlü Pərvin Məmmədovun həmkəndlisi Toğrul Kərimovu sentyabrın 11-də yaşadığı kəndin meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Pərvin Məmmədova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO