Ağdamın Qiyaslı və Salahlı Kəngərli kəndləri belə olacaq - FOTO 

Ağdamın Qiyaslı və Salahlı Kəngərli kəndləri belə olacaq - FOTO 

Hazırda oxunan: Ağdamın Qiyaslı və Salahlı Kəngərli kəndləri belə olacaq - FOTO 

171014

Dekabrın 24-də Prezident İlham Əliyev Ağdam rayonuna səfər çərçivəsində bir neçə kəndin təməlini qoyub. Bu kəndlərdən də ikisi Qiyaslı və Salahlı Kəngərli kəndləridir. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev jurnalistlərə açıqlamasında bildirib. 

Qiyaslı kəndi tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Kəndin ümumi ərazisi 400 hektara yaxındır. Qiyaslı kəndində 4972 nəfərin məskunlaşması planlaşdırılıb. Kənddə ümumilikdə 1323 fərdi evin tikilməsi nəzərdə tutulub. 
Birinci mərhələdə kəndə 2546 nəfərin köçürülməsi üçün 656 fərdi ev tikiləcək. 

Qiyaslı kəndində 540 şagird yerlik məktəb, 180 yerlik isə iki uşaq bağçası və digər sosial obyektlər inşa olunacaq. 

Kənddə enerji daşıyıcılarına qənaət etmək məqsədilə alternativ enerjidən istifadə olunacaq. 

Ağdamın digər kəndi Salahlı Kəngərlinin isə ümumi ərazisi 178 hektara yaxındır. Salahlı Kəngərli kəndində 1376 nəfərin məskunlaşması nəzərdə tutulub. Layihə üzrə kənddə ümumilikdə 418 fərdi ev tikiləcək. Birinci mərhələdə kəndə 850 nəfərin köçürülməsi üçün 150 fərdi evin tikilməsi planlaşdırılır. 

Salahlı Kəngərli kəndində 480 şagird yerlik məktəb, 80 yerlik isə uşaq bağçası və digər sosial obyektlər inşa olunacaq. 








Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO