Qərbi Azərbaycanda ermənilər 1700-ə yaxın toponimimizi SAXTALAŞDIRIB

Qərbi Azərbaycanda ermənilər 1700-ə yaxın toponimimizi SAXTALAŞDIRIB

Hazırda oxunan: Qərbi Azərbaycanda ermənilər 1700-ə yaxın toponimimizi SAXTALAŞDIRIB

170993

“Həqiqətin Onomastikası” adlı kitabda ermənilər tərəfindən hansı dövrdə nəyin dəyişdirildiyinə dair faktlar əks olunub. Nəşrdə Qərbi Azərbaycan ərazisində ermənilər tərəfindən saxtalaşdırılmış 1700-ə yaxın toponim, hidronim, aqronim qeyd olunub. Qarabağ və Şərqi Zəngəzur ərazilərində isə 900-ə yaxın saxtalaşdırma cəhdləri edilib.

Bizim.Media xəbər verir ki, bu sözləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov jurnalistlərə açıqlamasında bildirib.

R.Həsənov deyib ki, ermənilər sözügedən saxtalaşdırılmış faktları xarici mediaya təbliğ etməyə çalışırlar.

“Biz bu tarixi həqiqətləri ensiklopedik bir kitabla ortaya qoyduq. Bu kitablara ən böyük reaksiyalar da erməni alimlər, erməni diasporu, xarici universitetlərdə çalışan erməni mütəxəssislər tərəfindən verilir. Bu onu göstərir ki, həqiqət işıq üzü gördükcə həyata keçirilən iş bir çox qüvvələri narahat edir”, - deyə R.Həsənov vurğulayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO