“Vətəndaşlar yaşayış yeri üzrə qeydiyyat məsələləri ilə bağlı "ASAN xidmət" mərkəzlərinə müraciət edə bilərlər”.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, qeydiyyat məsələləri ilə yanaşı, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən, 18 yaşı tamam olan vətəndaşların yeni sənədlərlə bağlı müraciətləri qəbul edilir, müəyyən edilən müddət ərzində sorğular cavablandırılır.
Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşların bütün müraciətləri diqqətdə saxlanılmaqla qanunamüvafiq tədbirlərin görülüməsi təmin edilir.
Qeyd edək ki, daxili işlər naziri Vilayət Eyvazov bu gün keçirilən müşavirədə seçki gününədək şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən, habelə 18 yaşı tamam olan vətəndaşların yeni sənədlərlə təmin olunması, eləcə də vətəndaşların yaşayış yeri üzrə qanunamüvafiq olaraq qeydiyyata alınmaları ilə bağlı zəruri tədbirlərin görülməsinə dair göstərişlər verib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:28 / 27.12.2023
DİN-dən qeydiyyatı olmayanlara ŞAD XƏBƏR
Hazırda oxunan: DİN-dən qeydiyyatı olmayanlara ŞAD XƏBƏR
Hazırda oxunan: DİN-dən qeydiyyatı olmayanlara ŞAD XƏBƏR
170987
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.