Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisi olmuş Akif Çovdarov müsadirə edilmiş əmlaklarını geri qaytarmaq uğrunda mübarizə aparır. Belə ki, keçmiş məhkum Bakı Apellyasiya Məhkəməsinin sonuncu qərarından kassasiya şikayəti verib.
Bizim.Media “Qafqazinfo.az" saytına istinadən xəbər verir ki, eks MTN-çi qərarla razılaşmır, əmlaklarının yaxınlarına geri qaytarılmasını tələb edir. Şikayətə gələn il Ali Məhkəmədə baxılacaq.
Xatırladaq ki, 2022-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi Akif Çovdarovun 30 milyon manatlıq əmlakının müsadirədən azad olunaraq sahiblərinə qaytarılması qərarı çıxarıb. Lakin bir müddət sonra Ali Məhkəmə prokurorun protesti əsasında həmin qərarı ləğv edib.
Bakı Apellyasiya Məhkəməsi təkrar baxış zamanı yenidən 30 milyonluq əmlaklakın dövlət tərəfindən müsadirəsinə qərar verib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:36 / 27.12.2023
Çovdarov yenidən əmlaklarının geri qaytarılmasını TƏLƏB EDİR
Hazırda oxunan: Çovdarov yenidən əmlaklarının geri qaytarılmasını TƏLƏB EDİR
Hazırda oxunan: Çovdarov yenidən əmlaklarının geri qaytarılmasını TƏLƏB EDİR
170986
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.