Kürdəmirdə 83 yaşı olan 3 mərtəbəli binanın bir hissəsi uçdu

Kürdəmirdə 83 yaşı olan 3 mərtəbəli binanın bir hissəsi uçdu

Hazırda oxunan: Kürdəmirdə 83 yaşı olan 3 mərtəbəli binanın bir hissəsi uçdu

170983

Kürdəmir şəhərinin Heydər Əliyev prospektində yerləşən və bir əsrə yaxın yaşı olan üçmərtəbəli qeyri-yaşayış binasının bir hissəsi dağılıb. Tamamilə qəzalı vəziyyətə düşən tərkedilmiş binanın hər an uça biləcəyindən ehtiyyatlanan sakinlər onun tez bir zamanda sökülməsini istəyirlər.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, sözügedən bina ötən əsrin 40-cı illərində tikilib və İkinci Dünya müharibəsi zamanı xəstəxana kimi istifadə olunub.

Sonralar bina mehmanxana kimi fəaliyyət göstərib. Sonrakı illərdə binada Birinci Qarabağ müharibəsi dövründə doğma yurdlarından didərgin düşən məcburi köçkünlər məskunlaşıb.

İstismar müddəti bitən tikilidə hazırda yaşayış yoxdur. 10 gün əvvəl bir hissəsi uçan bina yaxınlıqda yaşayan sakinlər və obyekt sahibləri üçün təhlükə mənbəyinə çevrilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO