Bu gün sosial şəbəkələrdə, tanınmış teleaparıcı Elvin Basqallının ağciyər xəstəliyindən vəfat etməsi ilə bağlı video yayılıb. Videoda aparıcının ağciyərindəki problemlər səbəbindən dərmanlarla yaşadığı, ağır müalicə prosesindən keçdiyi və buna dözə bilmədiyi üçün bir neçə saat əvvəl dünyasını dəyişdiyi qeyd edilib.
Bununla bağlı fikirlərini Bizim.Media-ya açıqlayan teleaparıcı, sözügedən videodan xəbərdar olduğunu bildirib:
“Bayaqdan hamı zəng edir. Siz neçənci adamsız ki, mənə zəng edib maraqlanırsız. Çox sağ olun. Video nə üçün yayılıb, bəlli deyil. Mənim heç bir problemim yoxdur, tam sağlamam və işimin başındayam. Həmin adamlara da ayıb olsun. Nə deyim axı? Əslində, ömrümü də uzatdılar. İnanıram ki, uzun ömür sürəcəyəm”.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:40 / 27.12.2023
Elvin Basqallı ÖLÜB? – AÇIQLAMA
Hazırda oxunan: Elvin Basqallı ÖLÜB? – AÇIQLAMA
Hazırda oxunan: Elvin Basqallı ÖLÜB? – AÇIQLAMA
170977
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.