Geomaqnit qasırğası XƏBƏRDARLIĞI – Ölüm RİSKİ VAR

Geomaqnit qasırğası XƏBƏRDARLIĞI – Ölüm RİSKİ VAR

Hazırda oxunan: Geomaqnit qasırğası XƏBƏRDARLIĞI – Ölüm RİSKİ VAR

170969

24 dekabrda günəş dalğlarının sürəti baş vermiş Tac Kütlə Atılmalarının (TKA) təsiri ilə artıb. Şamaxı Astrofizika Rəsədxanasından  verilən xəbərə görə, geomaqnit sahəsi – 24 dekabrda baş vermiş TKA təxminən 1900 km/san sürətə malikdir və onun 27 dekabrda Yerə çatacağı gözlənilir. 

Bu səbəbdən G1 (zəif) səviyyəli geomaqnit qasırğasının baş verməsi ehtimalı var. Sonra isə geomaqnit sahəsinin sakit olacağı proqnozlaşdırılır.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan həkim Rasif Bağırov bu gün bəzi insanların səhhətlərinə qarşı çox diqqətli olmalarını vacib hesab edir: 
 

MÖVZU İLƏ BAĞLI:

Güclü maqnit qasırğasından NECƏ QORUNAQ? – Həkimdən VACİB MƏSLƏHƏTLƏR


“Belə günlərdə müəyyən xroniki xəstəliklər keçirmiş cavan adamlarda baş ağrıları müşahidə olunur. Belə hava əsasən 50 yaşdan yuxarı insanların səhhətinə mənfi təsir göstərir. Məsələn, qanında müəyyən yağların miqdarı yüksək olan, qanında qatılıq olan, bir sözlə qan təzyiqindən əziyyət çəkən insanlara belə hava pis təsir edir.

Bu da özünü baş ağrıları, halsızlıq kimi simptomlarla göstərə bilər. Belə hava hətta hipertoniyadan ciddi əziyyət çəkən insanların ölümünə belə səbəb ola bilər. Ona görə də bu günlərdə 50 yaşından yuxarı və qan təzyiqindən əziyyət çəkən insanlar bir qədər diqqətli olmalıdırlar”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO