Bayramda satmaq üçün Bakıya 50 kiloqrama yaxın narkotik gətirdi - VİDEO 

Bayramda satmaq üçün Bakıya 50 kiloqrama yaxın narkotik gətirdi - VİDEO 

Hazırda oxunan: Bayramda satmaq üçün Bakıya 50 kiloqrama yaxın narkotik gətirdi - VİDEO 

170956

Bakı şəhərinə bayram ərəfəsində satmaq məqsədi ilə külli miqdarda narkotik maddələr gətirən şəxs saxlanılıb. 

Daxili işlər Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri Binəqədi rayonu ərazisində keçirilən xüsusi əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt sakini 1993-cü il təvəllüdlü İmamverdi İsgəndərov saxlanılıb.

Onun üzərindən və avtomobilindən 24 kiloqram, o cümlədən 13 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən qurudulmuş marixuana, 7 kiloqram heroin, 4 kiloqram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.

İ. İsgəndərov narkotikləri tanıdığı İran vətəndaşının tapşırığı ilə Astara rayonu ərazisindən gizlədilən yerdən Bakı şəhərində bayram ərəfəsində ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini bildirib. 
Faktla bağlı cinayət işi başlanılıb saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir. 

 








Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO