Balakən şəhərinin Füzuli və Nəsimi küçələrinin kəsişməsində tez-tez qəzaların baş verdiyini xəbər vermişdik. Belə ki, sakinlər yol nişanlarının olmasına baxmayara, sürücülərin sürətlə döngəyə daxil olmasının qəzaların əsas səbəbi olduğunu qeyd etmişdilər.
Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya bildirilib ki, Balakən şəhərində qeyd olunan ərazidə müvafiq yol nişanları quraşdırılıb:
MÖVZU İLƏ BAĞLI:
Qəzaların bitmədiyi YER – Balakəndəki sərt döngə nə vaxt QAYDAYA SALINACAQ? – FOTO
"Həmçinin, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən həmin küçədə işıqforun quraşdırılması ilə bağlı monitorinq təhlilllər aparılıb və nəticədən asılı olaraq müvafiq qərar qəbul ediləcək".
Bizim.Media