Prezident seçkiləri ilə bağlı ödənişsiz efir vaxtının ayrılacağı KİV-lər açıqlanıb - SİYAHI

Prezident seçkiləri ilə bağlı ödənişsiz efir vaxtının ayrılacağı KİV-lər açıqlanıb - SİYAHI

Hazırda oxunan: Prezident seçkiləri ilə bağlı ödənişsiz efir vaxtının ayrılacağı KİV-lər açıqlanıb - SİYAHI

170878

Növbədənkənar Prezident seçkilərində namizədliyi qeydə alınan şəxslərə seçkiqabağı təşviqat aparmaq məqsədilə bir sıra media subyektlərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq.

Bu barədə Bizim.Media-ya Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

- İctimai Televiziya və Radio Yayımları Şirkəti;

- “Azərbaycan” qəzeti;

- “Xalq qəzeti”;

- “Respublika” qəzeti;

- "Bakinski raboçi” qəzeti.

Yuxarıda göstərilən qurumlar, o cümlədən digər televiziya və radio yayımçıları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə MSK-ya müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO