Ölkəmizdə neçə uşağa sosial ödəniş verilir? – RƏSMİ AÇIQLAMA 

Ölkəmizdə neçə uşağa sosial ödəniş verilir? – RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Ölkəmizdə neçə uşağa sosial ödəniş verilir? – RƏSMİ AÇIQLAMA 

170871

“Bu gün ölkədə sosial təminat sisteminin əhatə etdiyi əhali qruplarından biri də uşaqlardır. Bir il ərzində nazirlik tərəfindən 611 min uşaq üzrə sosial ödəniş verilir”.

Bu barədə Bizim.Media-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Pay torpağı olanlara ünvanlı sosial yardım necə VERİLİR? – Vətəndaş şikayətlərinə RƏSMİ CAVAB


“Siyahıda ilk növbədə 18 yaşadək əlilliyi olan şəxslər dayanır ki, sayları 50 min nəfərdir. Digərləri isə ailə başçısını itirmiş (166 min uşaq) və aztəminatlı ailələrdəki uşaqlardır (160 min uşaq). 3 yaşadək uşaqlara qulluq edən və işləyən valideynlər da var ki, onlar da 35 min uşaq üçündür. Uşağın anadan olmasına görə birdəfəlik müavinət verilənlər də var ki, bunlar da illik 120 min uşaq üçün nəzərdə tutulub. 

Siyahıda, şəhid ailələrinin, müharibə əlillərinin, 5-dən çox uşağı olan qadınların, müddətli hərbi xidmət qulluqçularının sayı 30 min nəfər olan azyaşlı uşaqlar, bir də 18 yaşadək əlilliyi olan şəxslərə qulluq edənlər və valideyn himayəsindən məhrum uşaqların qəyyumları daxildir ki, sayları 50 min nəfərdir. Bir sözlə, ümumilikdə uşaqlarla bağlı sosial ödənişlər üçün illik 680 milyon manat vəsait xərclənir”. 

Uşaqlarla bağlı sosial ödənişlərdə mütəmadi artımların edildiyini söyləyən mətbuat katibi vurğulayıb ki, son beş ilin 4 sosial islahat paketi nəticəsində bu ödənişlərdə də artımlar dəfələrlədir: 

“Belə ki, əlilliyi olan uşaqlar üzrə sosial ödənişin məbləği 82 manatdan I dərəcə üzrə 7 dəfəyə yaxın artaraq 570 manata, II dərəcə üzrə 4 dəfəyə qədər artaraq 320 manata, III dərəcə üzrə 3 dəfədən çox artaraq 250 manata çatıb. 

Bu gün artıq əlilliyi olan 18 yaşadək uşaqlardan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olanlara həm 270 manat müavinət, həm 200 manat (gözdən əlilliyi olanlar üçün 300 manat) təqaüd, həm də onlara qulluq edənlər üçün 100 manat təqaüd təyin olunur. Bir sözlə, bu istiqamət üzrə sosial ödəniş 570 manata (gözdən əlilliyi olan 18 yaşadək şəxslər üçün 670 manata) çatıb”. 

Müsahibimiz, uşaqlarla bağlı digər sosial ödənişlərin məbləğində də ciddi artımların olduğunu diqqətə çatdırıb:

“Hazırda beşdən çox uşağı olan qadınlara dövlət tərəfindən sosial yardım məqsədi ilə aylıq hər uşağa görə 105 manat məbləğində müavinət verilir. Misal üçün 6 uşağa görə həmin müavinətin məbləği aylıq 630 manat təşkil edir. Növbəti illərdə də bu kateqoriyalardan olan uşaqların sosial dəstək tədbirləri ilə təminatı işləri davam etdiriləcək”.

Rövşən Ziya, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO