Dekabrın 26-da işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.
ANAMA-nın mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Zaur Mahmudov rayon xəstəxanasına yerləşdirilib.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: ANAMA-nın əməkdaşı Ağdamda minaya düşdü
Müayinə zamanı daban sümüyü və ayaq daraq sümüklərinin sınığı aşkarlanıb. Xəsarət alan şəxsə bütün zəruri tibbi dəstək göstərilib. Vəziyyəti qənaətbəxşdir.
Bizim.Media