Bakı Hərbi Məhkəməsi “Tərtər işi” ilə bağlı daxili işlər nazirinə müraciət etdi

Bakı Hərbi Məhkəməsi “Tərtər işi” ilə bağlı daxili işlər nazirinə müraciət etdi

Hazırda oxunan: Bakı Hərbi Məhkəməsi “Tərtər işi” ilə bağlı daxili işlər nazirinə müraciət etdi

170831

Bu gün Sumqayıt Məhkəmə Kompleksində “Tərtər işi” ilə bağlı ittiham olunan Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlərin məhkəmədə iştrak etmədiyi bildirilib. Bu səbəbdən prosesin növbəti dəfə təxirə salınmasına qərar verilib.

Qeyd olunub ki, zərərçəkmişlər əvvəlki iclaslarda da iştrak etmədikləri üçün Bakı Hərbi Məhkəməsi sentyabrın 6-da onların məhkəməyə məcburi gətirilməsi barədə qərar çıxarıb. Lakin qərar icra olunmayıb. Bu səbəbdən bu gün keçirilən prosesdə məhkəmə daxili işlər naziri Vilayət Eyvazova müraciət etmək barədə qərar qəbul edib.

Müraciətdə qeyd olunub kİ, məhkəmənin qərarına əsasən, Ağdam, Gəncə, Bərdə, Goranboy, Yevlax, Astara, Mingəçevir, Bakı şəhərinin Qaradağ və Nəsimi rayonları, Sabirabad, Şəki, Qəbələ rayonları üzrə Polis şöbə və idarələri zərərçəkmişlərin məhkəməyə məcburi gətirilməsini təmin etməlidirlər.
Bu icra olunmadığından Bakı Hərbi Məhkəməsi məhkəmə iclaslarının lüzumsuz şəkildə uzadılmasının qarşısını almaq məqsədi ilə daxili işlər naziri Vilayət Eyvazova məhkəmə qərarlarının icrasını nəzarətə götürülməsi barədə müraciət ünvanlayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO