Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası başlayıb.
Bizim.Media xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 8 məsələnin müzakirəsi daxil edilib.
Həmin məsələlər aşağıdakılardır:
1. Qərbi azərbaycanlıların tarixi Vətənə qayıdışı haqqında Milli Məclisinin Bəyanatı
2. “Arbitraj haqqında” qanun layihəsi (üçüncü oxunuş)
3. Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş)
4. “Mediasiya haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)
5. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunların icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)
6. “Prokurorluq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)
7. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)
8. “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:05 / 26.12.2023
Milli Məclisin iclası BAŞLADI
Hazırda oxunan: Milli Məclisin iclası BAŞLADI
Hazırda oxunan: Milli Məclisin iclası BAŞLADI
170799
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.