Bakıda səfirin avtomobilini cərimə meydançasına apardılar ”“  VİDEO

Bakıda səfirin avtomobilini cərimə meydançasına apardılar ”“ VİDEO

Hazırda oxunan: Bakıda səfirin avtomobilini cərimə meydançasına apardılar ”“ VİDEO

170725
Azərbaycanın keçmiş xarici işlər naziri, Azərbaycan Respublikasının Latviya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, general Tofiq Zülfüqarovun avtomobili cərimə meydançasına aparılıb.

Moderator.az -ın Baku.ws-ə istinadən məlumatına görə, bu barədə sabiq XİN rəhbəri, fövqəladə və səlahiyyətli səfir “Facebook”x9d səhifəsində yazıb.xa0

T.Zülfüqarov bildirib ki, Bakı Şəhər Baş Polis İdarəsinin hansısa generalına məxsus 10-AA-102 nömrəli avtomobilə yol vermədiyini əsas gətirərək onun avtomobili DYP əməkdaşları tərəfindən saxlanılıb.xa0

İçərisində ailəsi olan səfirə qaydaları pozduğunu bildiriblər və avtomobili cərimə meydançasına aparılıb.xa0

Həmin dövlət qeydiyyat nişanlı minik avtomobili Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-leytenantı Səhlab Bağırovun xidməti avtomobilidir.

Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov hadisə ilə bağlı açıqlama verib.

Lent.az-a danışan general Səhlab Bağırov avtomobilin yol-hərəkət qaydalarını pozduğuna görə cərimə meydançasına aparıldığını deyib: “Sürücü yol hərəkəti qaydasını pozub, saxlanılıb və avtomobil cərimə meydançasına aparılıb”x9d.

Qeyd edək ki, Zülfüqarov Tofiq Nadir oğlu Azərbaycanın keçmiş xarici işlər naziri (05.03.1998 ”“ 26.10.1999), Azərbaycanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri (2005-2015) vəzifələrində çalışıb.xa0

Nazirlikdə şöbə müdiri, idarə rəisi, nazir müavini və 1998-ci ilin martından 1999-cu ilin oktyabrına qədər Xarici işlər naziri işləmişdir. Fövqəladə və səlahiyyətli səfir ranqı verilib. Xarici İşlər Nazirliyində işlədiyi dövrdə əsasən Qarabağ probleminin həlli ilə məşğul olub.

Tofiq Zülfüqarov 2005-ci ildən Azərbaycan Respublikasının Latviya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiridir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO