Zabuxda daha 27 ailəyə evlərinin açarları təqdim olundu - YENİLƏNİB/FOTO

Zabuxda daha 27 ailəyə evlərinin açarları təqdim olundu - YENİLƏNİB/FOTO

Hazırda oxunan: Zabuxda daha 27 ailəyə evlərinin açarları təqdim olundu - YENİLƏNİB/FOTO

170714

Bu gün Böyük Qayıdış proqramı çərçivəsində Laçının Zabux kəndinə qayıdan ailələr yeni evlərinin açarlarını təhvil alıblar. 

Bizim.Media xəbər verir ki, köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub. 

Açarların təqdim edilməsi mərasimində deputat Mahir Abbaszadə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, kənd icra nümayəndəliyinin əməkdaşları və digər şəxslər iştirak ediblər. 
Ailələr sevinc hissi ilə açarları təhvil alaraq evlərində məskunlaşıblar. 

*** 17:14

Bu gün səhər saatlarında paytaxtın Qaradağ rayonundan Laçına yollanan ailələr doğma yurdlarına - Zabux kəndinə çatıblar. 

Bizim.Media xəbər verir ki, Laçın rayonunun Zabux kəndi bu gün 27 ailəyə qucaq açıb və daha 95 sakinin yurd həsrəti bitib. 

Onlar kənddə böyük coşqu ilə qarşılanıb, illərdir həsrətini çəkdikləri kəndin gözəl mənzərəsini seyr ediblər.

Sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər. 
Bununla da Zabux kəndində 203 ailənin, yəni 783 nəfərin daimi məskunlaşması təmin olunub. 

Qeyd edək ki, Zabux sakinləri üçün doğma kəndlərində dövlətimizin başçısının göstərişi əsasında yenidən tikilən evlərdə yaşayış üçün bütün şərait yaradılıb. 






Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO