Hacıqabulda erməni vandalizminin daha bir izi tapıldı

Hacıqabulda erməni vandalizminin daha bir izi tapıldı

Hazırda oxunan: Hacıqabulda erməni vandalizminin daha bir izi tapıldı

170703

Hacıqabul rayonunda insan sümükləri aşkarlanıb.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Qubalı Baloğlan kəndinin ərazisindən keçən Pirsaatçay çayı yaxınlığında qeydə alınıb.

Belə ki, kənd sakinlərindən biri təsadüfən çayın yaxınlığındakı qurumuş arxdan keçərkən insana məxsus kəllə, çanaq və digər sümüklər aşkarlayıb. İnsan sümükləri aidiyyəti qurumlara təhvil verilib.

Tarixçilər ərazidə tapılan insan sümüklərinin 31 mart soyqırımının qurbanlarına aid olduğunu ehtimal edib.

Onların fikrincə, 1918-ci il mart soyqırımı zamanı Lalayanın dəstəsi tərəfindən rayonun bir sıra yaşayış məntəqələrində olduğu kimi, Qubalı-Baloğlan kəndində də dinc əhaliyə qarşı qətliamlar törədilib. O zaman kənddə 500-dən çox dinc sakin qətlə yetirilib.
Tarixçilər hesab edir ki, sözügedən ərazidə arxeoloji qazıntılar aparılarsa, kütlvi məzarlığın aşkarlanması qaçılmazdır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO