“Yüzlərlə qadın aliment almaq üçün boşanır” – Fazil Mustafa 

“Yüzlərlə qadın aliment almaq üçün boşanır” – Fazil Mustafa 

Hazırda oxunan: “Yüzlərlə qadın aliment almaq üçün boşanır” – Fazil Mustafa 

170696

Son illərdə Azərbaycanda boşanmaların sayı durmadan artır. Bir sıra psixoloqların fikrincə boşanan insanlara cərimə tətbiq olunsa, böyük ehtimalla nikah pozulmalarının sayı azalar. 

Bəs, bu variant nə dərəcədə effektiv ola bilər?

Milli Məclisin İnsa hüquqları komitəsinin üzvü Fazil Mustafa Bizim.Media-ya bildirib ki, boşananlara cərimə tətbiq etmək məntiqli həll yolu deyil: 

“Bu, çox da ciddi qəbul ediləcək bir təklif deyil. Nikah pozulamalarının çoxu mənəvi-psixoloji məsələlərlə, narkomaniya ilə əlaqədar olur. Yüzlərlə adam var ki, canını qurtarmaq üçün və ya məqsədli şəkildə - aliment almaq üçün boşanır. Elə qadınlar var ki, əri iş adı ilə Rusiyaya çıxıb gedir və qayıtmır, məhz buna görə, nikahı pozmaq məcburiyyətində qalır. 
Ona görə də, bu məsələdə cərimə tətbiqi məntiqli həll yolu deyil. Azərbaycanda təhsil öldüyünə və mədəni səviyyə aşağı düşdüyünə görə, boşanmalar artır. Çünki belə olanda insanlarda dözümsüzlük yaranır. Yəni əvvəlcə problemin həllinə təhsilimizi inkişaf etdirməklə başlamalıyıq. Bu kimi məsələlərdə sanksiya tipli həll yollarına qaçmaq yalnışdır”. 

Nuranə Daxilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO