Sosial şəbəkələrdə Bakıda yol polisinə tabe olmayan sürücünün görüntüləri yayılıb.
Bizim.Media xəbər verir ki, videoda “Mercedes S Class” markalı lüks avtomobilin yol polisinin “saxla” əmrinə tabe olmadığı görünür.
Sürücü nəqliyyat vasitəsilə yeraltı parkinqə daxil olur və bu zaman yol polisi xidməti avtomobillə onu təqib edərək həmin ərazidə saxlamağa çalışır.
İddiaya əsasən, hadisə sözügedən sürücü paytaxt ərazisində yüngül yol-nəqliyyat hadisəsi törətdikdən sonra baş verib. Tabesizlik göstərən vətəndaşın parkinq ərazisində 15 dəfəyədək dövrə vurduğu deyilir.
Görüntülərlə əlaqədar Bakı şəhər Baş Polis İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib ki, yol polisi əməkdaşının “saxla” əmrinə tabe olmayan sürücü barəsində inzibati qaydada qanunamüvafiq tədbirlər həyata keçirilib.
Bizim.Media