Lənkəranda qətl törədən şəxs sahibkar imiş - DETALLAR

Lənkəranda qətl törədən şəxs sahibkar imiş - DETALLAR

Hazırda oxunan: Lənkəranda qətl törədən şəxs sahibkar imiş - DETALLAR

170686

Lənkəran rayon Separadi kəndində 1983-cü il təvəllüdlü Bəhruz Ağababa oğlu Məmmədov 1974-cü il təvəllüdlü Zülfüqar Əziz oğlu Cəfərovu bıçaqlayaraq öldürüb.

Bizim.Media “Qaynarinfo.az” saytına istinadən xəbər verir ki, 49 yaşlı Zülfüqar Cəfərovun qətlində şübhəli bilinən Bəhruz Məmmədov rayonda tanınmış sahibkarlardandır. 

O, kənddəki böyük marketin sahibidir.

Elə mübahisə də sözügedən marketə görə baş verib. Belə ki, özünü kriminal aləmin üzvü kimi təqdim edən Zülfüqar Cəfərovun marketin sahibindən “aylıq haqq” tələb etdiyi iddia olunur.
Təqsirləndirilən şəxs Zülfüqar Cəfərovun bu tələbindən bezdiyi üçün aralarında mübahisə davaya çevrilib. Nəticədə Bəhruz Məmmədov onu bıçaqlayaraq öldürüb. Hadisə baş verən zaman Zülfüqar Cəfərovun 18 yaşlı oğlunun da orada olduğu deyilir.

Qeyd edək ki, hadisədən sonra 40 yaşlı Bəhruz Məmmədov könüllü olaraq polisə təslim olub. 

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO