Qubada şəhidin dağılan qəbir daşı nə vaxt BƏRPA OLUNACAQ? – RƏSMİ AÇIQLAMA/FOTO 

Qubada şəhidin dağılan qəbir daşı nə vaxt BƏRPA OLUNACAQ? – RƏSMİ AÇIQLAMA/FOTO 

Hazırda oxunan: Qubada şəhidin dağılan qəbir daşı nə vaxt BƏRPA OLUNACAQ? – RƏSMİ AÇIQLAMA/FOTO 

170673

Qubanın Küçeyi kəndində 20 Yanvar şəhidi Elçin Qeybullayevin qəbir daşı uçub.

Bu barədə şəhidin Quba şəhərində yaşayan bacısı Samirə Şirinova Bizim.Media-ya özəl olaraq məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Güclü külək ağacları məzarların üstünə aşırdı - VİDEO


Onun sözlərinə görə, qardaşının məzarüstü abidəsinin güclü külək səbəbindən dağıldığını ehtimal edir.

Samirə Şirinov artıq məsələ ilə bağlı Quba rayon İcra Hakimiyyətinə məlumat verildiyini deyib. O, 20 Yanvar faciəsinin yaxınlaşdığı bir məqamda Elçinin qəbir daşının uçmasından ailə olaraq çox narahat olduqlarını bildirib.

Qeyd edib ki, Elçin Qeybullayevin məzarüstü abidəsi əvvəldən keyfiyyətsiz hazırlandığı üçün küləyə tab gətirməyib:

"Çox istərdik,20 Yanvarda cavan yaşında canından keçmiş qardaşımın qəbirüstü abidəsi yenidən və daha keyfiyyətlə  hazırlansın. Bu, ailəmizə bir təsəlli olar. Quba İH-nin məsələyə xüsusi həssaslıqla yanaşacağına ümid edirik".

Məsələ ilə bağlı Quba İH başçısının Talabıqışlaq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Ələkbər İsmayılov Bizim.Media-ya açıqlama verib.

O, məsələdən xəbərdar olduqlarını və problemlə bağlı Quba rayon İcra Hakimiyyətinin başçısına məlumat verildiyini qeyd edib:

“Tezliklə 20 Yanvar şəhidi Elçin Qeybullayevin məzarı bərpa olunacaq. Qanlı Yanvar faciəsinin 34-cü ildönümünə qədər şəhidin məzarüstü abidəsi tam hazır olacaq. Abidə yenilənərkən, şəhidin ailə üzvlərinin də təklifləri nəzərə alınacaq”. 






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO