İsmayıllı sakinlərinə MÜJDƏ – Su problemi bu tarixdə HƏLL OLUNACAQ – FOTO 

İsmayıllı sakinlərinə MÜJDƏ – Su problemi bu tarixdə HƏLL OLUNACAQ – FOTO 

Hazırda oxunan: İsmayıllı sakinlərinə MÜJDƏ – Su problemi bu tarixdə HƏLL OLUNACAQ – FOTO 

170646

İsmayıllıda kanallarda suyun azalması səbəbindən bir neçə kəndin sakinləri suvarma suyundan istifadə edə bilmirlər. Səbəb isə rayonun Aşıq Bayram kəndindəki eyni adlı ehtiyat su anbarında suyun səviyyəsinin aşağı düşməsidir. Nəticədə, sakinlər təsərrüfatlarını suvara bilmirlər və fermerlər ciddi zərər görürlər. 

Bu barədə Bizim.Media-nın Aran bürosuna kənd sakinləri bildiriblər. 

Sakinlər bildirirlər ki, belə vəziyyət artıq bir neçə aydır ki, davam edir.

Ərazidə su çatışmazlığı səbəbindən sakinlər əkin-biçin işlərini həyata keçirə bilmirlər. Hazırda rayonun 5 kəndində o cümlədən Talış, Aşıq Bayramlı, Kürdmaşı, Hapıtlı, Qarakolluq kəndlərində və eyni zamanda Yekəxana su anbarında bu problem yaşanmaqdadır. 


Kənd sakinləri bildirir ki, artıq 3 aydan çoxdur ki, suyun verilişi dayandırılıb: 

“Verilən suyun azlığından nə bostanımızı, nə əkinimizi, nə də heyvanlarımızı sulaya bilmirik, eyni zamanda su həddindən atrıq çirkli olduğu üçün istifadəsi də mümkün deyil. Əgər belə davam edərsə əkin sahələri və bostanlarımız məhv olub gedəcək”. 

Sakinlər problemin tez bir zamanda həll olunması üçün aidiyyatı qurumlardan kömək gözləyirlər. 


Problemin səbəblərini öyrənmək üçün İsmayıllı rayon Suvarma Sistemləri İdarəsinə üz tutduq. 

İdarənin mühəndisi Elşad Mirzəyev, mövcud vəziyyətdən xəbərdar olduqlarını və bununla bağlı sakinlərin müraciəti əsasında hazırda işlərin davam etdirildiyini bildirib: 

“Hal-hazırda rayonda suvarma mövsümünün başa çatması ilə əlaqədar torpaq kanallar beton kanallarla əvəzlənir. Su itkisinin qarşısının alınması məqsədilə bu işlər bir müddətdir ki, davam edir. İşlər sürətli və mütəşəkkil şəkildə həyata keçirilir. Alternativ su mənbəyi olmadığına görə adıçəkilən kəndlərə suvarma suyu verə bilmirik. Yaxın vaxtlarda təqribən 20-25 gün ərazində kanallarda betonlaşma işləri başa çatdıqdan sonra, kəndlərə gedən bütün kanallara suvarma suyunun verilməsi işləri həyata keçiriləcək”.




















Bizim.Media, Aran bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO