Masallıda fəhlələri daşıyan mikroavtobus “KAMAZ”a çırpılıb.
Bizim.Media xəbər verir ki, hadisə Köhnə Ələt Astara yolunun Masallı rayonundan keçən hissəsində baş verib.
Lənkəran Sakini idarə etdiyi mikroavtobus yol kənarında hərəkətsiz halda dayanmış “KAMAZ” markalı yük maşınına çırpılıb. Hadisə zamanı mikroavtobusda olan bir sərnişin dünyasını dəyişib. 17 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı rayon Xəstəxanasına yerlədirliblər.
*** 09:24
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “KamAz ” markalı yük avtomobili və “ЗИЛ” markalı mikroavtobus toqquşub, 6 nəfər mikroavtobusda sıxılmış vəziyyətdə qalıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 5 nəfər yaralı vəziyyətdə, 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bizim.Media