Xızıda elektrik naqili cərimə meydançasında 2 avtomobilin üzərinə düşdü - ÖZƏL/VİDEO

Xızıda elektrik naqili cərimə meydançasında 2 avtomobilin üzərinə düşdü - ÖZƏL/VİDEO

Hazırda oxunan: Xızıda elektrik naqili cərimə meydançasında 2 avtomobilin üzərinə düşdü - ÖZƏL/VİDEO

170529

Bu gün şimal bölgəsində müşahidə edilən güclü külək Xızıda da ziyanla müşayiət olunub.

Bizim.Media-nın yerli sakinlərdən əldə etdiyi məlumata görə, küləyin sürəti nəticəsində 10 min kilovoltluq elektrik naqili Xızı polis şöbəsində yerləşən cərimə meydançasındakı 2 avtomobilin üzərinə düşüb və maşınlar zərər çəkib.

Xızı rayon İH başçısının müavini, rayon FHK sədri Arzu Əzizov faktı təsdiqləyib.

Onun sözlərinə görə, dərhal hadisə yerinə gələn yanğınsöndürənlər tərəfindən yanan avtomaşınların söndürülməsinə başlanılıb.

Güclü külək eyni zamanda Xızı şəhərində Şəhidlər Xiyabanındakı bəzi  daşların uçmasına səbəb olub.
 


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO