Yeni Azərbaycan Partıyası Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov bu gün Bakı şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bir müddət idi ki, Habil Qurbanov paytaxt xəstəxanalarından birində müalicə olunurdu.
Həkimlərin səyinə baxmayaraq o, xəstəxanada vəfat edib.
Qeyd edək ki, mərhum əvvəllər rayon icra hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb. Uzun illər rayon təhsil şöbəsi ilə yanaşı, həm də YAP rayon təşkilatına rəhbərlik edən Habil Qurbanov bir neçə il idi ki, təhsil sektorundan ayrılaraq, siyasi fəaliyyətlə məşğul olurdu.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
![YAP Zaqatala rayon təşkilatının sədri VƏFAT EDİB - FOTO YAP Zaqatala rayon təşkilatının sədri VƏFAT EDİB - FOTO](https://bizim.media/file/articles/2023/12/23/1703349221_1703310072_1695103222_1678607201_1678201787_vefat-tabut.jpg)
- A-
- A
- A+
Cəmiyyət
20:36 / 23.12.2023
YAP Zaqatala rayon təşkilatının sədri VƏFAT EDİB - FOTO
Hazırda oxunan: YAP Zaqatala rayon təşkilatının sədri VƏFAT EDİB - FOTO
Hazırda oxunan: YAP Zaqatala rayon təşkilatının sədri VƏFAT EDİB - FOTO
170448
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.