Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin və Şirvan gömrük postunun əməkdaşlarının əlaqəli fəaliyyəti nəticəsində tütün məmulatları və pirotexniki vasitələrin realizə edilməsinin qarşısı alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə DGK məlumat yayıb.
Bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında Kürdəmir şəhərində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininin idarə etdiyi nəqliyyat vasitəsinin yük yerindən satış məqsədilə saxladığı və aksiz markası ilə markalanmayan, ümumilikdə 35 750 qutu tütün məmulatları aşkar olunub.
Bundan başqa Kürdəmir rayonu ərazisində yerləşən və həmin şəxsin istifadəsində olan ticarət obyektindən isə 28 adda 2665 ədəd pirotexniki vasitə aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:37 / 23.12.2023
Gömrükçülərimiz tütün məmulatları və pirotexniki vasitələr aşkarlayıb - FOTO
Hazırda oxunan: Gömrükçülərimiz tütün məmulatları və pirotexniki vasitələr aşkarlayıb - FOTO
Hazırda oxunan: Gömrükçülərimiz tütün məmulatları və pirotexniki vasitələr aşkarlayıb - FOTO
170425
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.