Gəncədə ərzaq mağazası YANDI – FOTO  

Gəncədə ərzaq mağazası YANDI – FOTO  

Hazırda oxunan: Gəncədə ərzaq mağazası YANDI – FOTO  

170410

Gəncədə ərzaq mağazası yanıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Vaqif küçəsində baş verib. 

1968-ci il təvəllüdlü Akif Nəsibova məxsus mağazada anidən yanğın başlayıb. Hadisə yerinə FHN yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 20 kv metr olan tikilinin tavanı, dam örtüyünün taxta atmaları və mağazada olan ərzaq malları yanaraq yararsız hala düşüb. Yanan əraziyə bitişik olan ev və mağazanın qalan hissəsi yanğından mühafizə olunub, yanğın söndürülüb. 

İlkin məlumata görə, mağaza sahibinə 5000 manatadək ziyan dəyib. Hadisənin baş vermə səbəbləri araşdırılır. 



Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO