“Qərbi Azərbaycan İcmasının xarici ölkələrin əksəriyyətində nümayəndəliklərinin, ofislərinin açılması nəzərdə tutulur. Çünki xarici ölkələrdə olarkən orada kifayət qədər çox Qərbi azərbaycanlının yaşadığını görürük”.
Bizim.Media xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli söyləyib.
O bildirib ki, Türkiyənin müxtəlif şəhərlərində, universitetlərində Qərbi Azərbaycanla bağlı konfranslar keçirilməlidir. Artıq bu məsələlərlə bağlı müəyyən razılaşmalar var. Şübhəsiz ki, bu fəaliyyətimizi Avropada və müxtəlif ölkələrdə də davam etdirəcəyik.
“Bildiyiniz kimi, Türkiyənin İğdır, Qars, Bayburt, İzmir, Manisa bölgələrində Qərbi Azərbaycan əsilli çoxlu sayda insan var. Həmin insanlar tərəfindən bizə müraciətlər edilir”,- deyə Ə. Ələkbərli vurğulayıb.
Deputat əlavə edib ki, Fransanın Paris və Niderlandın Haaqa şəhərlərində Qərbi Azərbaycan İcmasının nümayəndəlikləri rəsmi olaraq dövlət qeydiyyatından keçib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:30 / 23.12.2023
Qərbi Azərbaycan İcmasının nümayəndəlikləri Paris və Haaqa şəhərlərində qeydiyyatdan KEÇİB
Hazırda oxunan: Qərbi Azərbaycan İcmasının nümayəndəlikləri Paris və Haaqa şəhərlərində qeydiyyatdan KEÇİB
Hazırda oxunan: Qərbi Azərbaycan İcmasının nümayəndəlikləri Paris və Haaqa şəhərlərində qeydiyyatdan KEÇİB
170401
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.