DYP Bakı-Sumqayıt yolundakı qəza ilə bağlı MƏLUMAT YAYDI - FOTO

DYP Bakı-Sumqayıt yolundakı qəza ilə bağlı MƏLUMAT YAYDI - FOTO

Hazırda oxunan: DYP Bakı-Sumqayıt yolundakı qəza ilə bağlı MƏLUMAT YAYDI - FOTO

170396

Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Sumqayıt yolunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. 

İdarədən Bizim.Media-ya verilən məlumata görə, bu gün saat 10:00 radələrində Bakı-Sumqayıt yolunun 11-ci km-də yolun hərəkət hissəsində dayanan “Opel” markalı 90 VV 419 nömrə nişanlı avtomobillə nəqliyyat vasitələrini sağdan ötməyə çalışan “Ravon” markalı 77 DA 091 nömrə nişanlı avtomobilin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib. 

Hadisə nəticəsində hər iki avtomobilə maddi ziyan dəymiş və 1 nəfər (“Opel” markalı avtomobilin sürücüsü F.Azadov) xəsarət almışdır. 

Hər iki sürücünün taksi fəaliyyəti ilə məşğul olduğu bildirilir. 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO