Şamaxıda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub - FOTO

Şamaxıda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub - FOTO

Hazırda oxunan: Şamaxıda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub - FOTO

170347

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Tənha anaların sosial inkişafına dəstək” layihəsi çərçivəsində Şamaxıda yaradılan sosial müəssisənin fəaliyyəti ilə tanış olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, burada nazir yetkinlik yaşına çatmayan uşaqları təkbaşına böyüdən çoxuşaqlı anaların məşğulluğunun təmin edilməsi məqsədilə yaradılmış şəraitə baxıb.

Hazırda müəssisədə bu kateqoriyadan olan 16 nəfərin məşğulluğu təmin olunub, o cümlədən 10 nəfər özünüməşğulluq proqramı çərçivəsində dərzi fəaliyyəti göstərir.

Daha sonra özünüməşğulluq proqramı çərçivəsində Şamaxı şəhər sakinləri İnsanova İradə və Xəlilova Mahizər üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçirilib.
İ.İnsanova kiçik dərzi sexi, M.Xəlilova isə qadın gözəllik salonu xidməti üzrə aktivlərlə təmin olunublar. Hər iki proqram iştirakçısı verilmiş aktivlərdən düzgün istifadə edərək kiçik bizneslərini inkişaf etdirməyə səy göstərdiklərini bildiriblər.

Onlar kiçik biznes sahələrini yaratmaları üçün göstərilən dəstəyə görə minnətdarlıqlarını ifadə ediblər.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO